"Qarabağın Avroliqanın pley-off mərhələsi çərçivəsində "Höteborqla səfərdə keçirəcəyi ilk oyun "CBC Sport kanalı vasitəsilə yayımlanmayacaq. Unikal.org xəbər verir ki, kanal rəhbərliyi bəyanat yayıb.

Bəyanatın mətnini diqqətinizə çatdırırıq.

"CBC Sport telekanalı bəyan edir ki, UEFA Avropa Liqası pley-off mərhələsi çərçivəsində İsveçin "Höteborq klubu ilə "Qarabağ komandası arasında keçiriləcək matçların kanalımızda yayımı baş tutmayacaq. Bunun səbəbi "Qarabağ Futbol Klubuna 10 gün əvvəl etdiyimiz təklifə bu günə qədər qarşı tərəfdən heç bir cavabın gəlməməsidir.

"Qarabağ FK-nın bu qərarına hörmət duyaraq, bütün tamaşaçılarımızdan üzr istəyirik və komandamıza qarşıdakı oyunlarda uğurlar arzulayırıq!

"CBC Sport telekanalı yarandığı gündən beynəlxalq yarışlarda Azərbaycanı təmsil edən bütün komandaların və idmançıların çıxışlarını təmənnasız işıqlandırmağa hər zaman hazırdır və bu işini gələcəkdə də davam etdirəcək.