Çempionlar Liqasında pley-off mərhələsinə start verilib. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ilk gündə 5 qarşılaşma baş tutub.

Günün ən böyük maraq doğuran oyunlarından biri Rumıniyada keçirilib. Belə ki, Pep Qvardiolanın yeni komandası "Mançester Siti" qrup mərhələsi yolunda "Styaua"nın qonağı olub. Görüş "şəhərlilər"in 5:0 hesablı darmadağını ilə yekunlaşıb. Matça Serxio Aquerro damğa vurub. Belə ki, görüş ərzində iki penaltidən yararlana bilməyən argentinalı, əvəzində het-trik edib.

"Rostov" Amsterdamda "Ayaks"ın qonağı olub. Rusiya təmsilçisi qrup şansını davam etdirmək üçün Hollandiyadan sərfəli nəticə ilə dönüb - 1:1.

Çempionlar Liqası
Pley-off mərhələsi

16 avqust
"Kopenhagen" (Danimarka) - APOEL (Kipr) - 1:0
Qol: Pavloviç, 43
"Dinamo" (Xorvatiya) - "Zalsburq" (Avstriya) - 1:1
Qollar: Roq, 76 - Lazaro, 59
"Styaua" (Rumıniya) - "Mançester Siti" (İngiltərə) - 0:5
Qollar: David Silva, 13, Aquero, 41, 78, 89; Nolito, 49
"Ayaks" (Hollandiya) - "Rostov" (Rusiya) - 1:1
Qollar: Klaasen, 38 (pen.) - Noboa, 13
"Yanq Boyz" (İsveçrə) - "Borussiya" (M. Almaniya) - 1:3
Qollar: Süleymani, 56 - Raffael, 11, Hahn, 67, Roxat, 69 (öz qapısına)