"Mançester Siti" Çempionlar Liqasının pley-off mərhələsində keçirdiyi ilk oyunda "Steaua" klubunu 5 cavabsız qolla məğlub edib. Evdə böyük hesabla uduzan Rumıniya çempionunun çalışdırıcsı Laurentsio Reqekampf fikirlərini bölüşüb.
Unikal.org goal.az-a istinadən xəbər verir ki, 40 yaşlı mütəxəssis bunları deyib:
"Oyunu zəif, çoxsaylı individual səhvlərlə keçirdik. Bu nəticəni unutmaq lazımdır. Ümid edirəm, futbolçular növbəti oyunda lazımi yanaşma göstərəcəklər. Bizim və Premyer Liqa futbolu arasında böyük səviyyə fərqi var. Bu, bizim üçün təhqirdir. 5 top buraxdıq, amma ən yaxşı oyunçumuz qapıçı oldu. Bunun üzərində düşünmək lazımdır". `