Rioda keçirilən Yay Olimpiya Oyunları davam edir.

Unikal.org xəbər verir ki, yığmamızın əsas medal ümidləri - Mariya Stadnik (48 kq) və Yuliya Ratkeviç (58 kq) döşək üzərinə çıxıb.

48 kq

Mübarizəyə 1/8 final mərhələsindən başlayan Mariyanın ilk rəqibi Patrisia Bermudes olub. Pekin Olimpiadasında bürünc, London Olimpiadasında gümüş medal qazanan Stadnik argentinalıya heç bir şans verməyib. İlk hissədə rəqibindən 10 xal alan təmsilçimiz döyüşü vaxtından əvvəl xeyrinə bitirib.

O, 1/4 finalda Nina Matkovska (Polşa) ilə üz-üzə gəlib. Mariya iki il əvvəl dünya çempionatının yarımfinalında məğlub olduğu rəqibindən qisasını alıb. 10:0 hesabı ilə qələbə qazanan güləşçimiz görüşü vaxtından əvvəl başa vurub və yarımfinala yüksəlib.

***

Satdnik 1/4 finalda Nina Matkovska (Polşa) ilə üz-üzə gəlib. Mariya iki il əvvəl dünya çempionatının yarımfinalında məğlub olduğu rəqibindən qisasını alıb. 10:0 hesabı ilə qələbə qazanan güləşçimiz görüşü vaxtından əvvəl başa vurub və yarımfinala yüksəlib.

****

Finala gedən yolda təmsilçimiz bolqarıstanlı Elitsa Atanasova Yankova ilə qarşılaşıb. O, rəqibinə heç bir şans verməyib. Görüş başlayan kimi ardıcıl xallarla hesabı 6:0 edən təmsilçimiz daha sonra isə rəqibinin kürəyini xalçaya vuraraq ilk perioddaca təmiz qələbə qazanıb.

Stadnik finalda yaponiyalı dünya çempionu Eri Tosaka ilə üz-üzə gəlib. Təmsilçimiz Tosakaya 2:3 hesabı ilə məğlub olaraq Olimpiya oyunlarının gümüş medalını qazanıb.


58 kq

Yuliya Ratkeviç də mübarizəyə 1/8 final mərhələsindən start verib. Ukraynalı Oksana Herhel qarşılaşan London Olimpiya Oyunlarının bürünc medalçısı çətinliklə də olsa mərhələ adlayıb. Belə ki, 3:0 hesabı ilə öndə olan güləşçimiz ardınca üstünlüyü əldən verib - 3:5. Lakin son saniyələrdə özünə gələn Ratkeviç 7:5 hesabı ilə qələbə qazanıb.

İdmançımız 1/4 finalda kolumbiyalı Jaklin Penteria ilə qüvvəsini sınayıb. Ratkeviç 7:3 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

***

Təmsilçimiz Yuliya Ratkeviç (58 kq) yarımfinalda yaponiyalı Kaori İço ilə qarşılaşan güləşçimiz 0:10 hesabı ilə məğlub olub. O, mübarizəni bürünc medal uğrunda davam etdirib. Ratkeviçin rəqibi tunisli Mərvə Əmri olub. Rəqibinə 3:6 hesabı iləməğlub olan Yuliya Ratkeviç Olimpiadada çıxışını başa vurub.