Premyer Liqanın ilk turunda zədələnən "West Ham United"in futbolçusu Andre Ayu tibbi müayinədən keçib.

Unikal.org goal.az-a istinadən xəbər verir ki, qanalı futbolçu 4 ay müddətinə sıradan çıxıb. Onun qarşıdakı günlərdə əməliyyat olunacaq. Ayu 10 gün öncə "Swansea City"dən 25 milyon avro qarşılığında transfer edilmişdi.