Rioda keçirilən Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edən sərbəst güləş üzrə milli komandamızın üzvü Cəbrayıl Həsənov 74 kq çəki dərəcəsində yarımfinal görüşünə çıxıb.

Unikal.org-un məlumatına görə, rəqib rusiyalı Ənvər Geduyev olub.

İlk hissədə Həsənov yüksək səviyyədə çıxış edərək, 4:0 hesablı üstünlük əldə edib. İkinci hissədə Geduyevin tətbiq etdiyi fəndi hakimlər 4 balla qiymətləndiriblər. Buna etiraz edən Azərbaycan tərəfinin iddiası qəbul olunmayıb və nəticədə təmsilçimiz 4:5 hesabı ilə geri düşüb. Qalan müddətdə rusiyalı güləşçinin qaşından qan açılması ilə əlaqədar görüşdə iki dəfə fasilə yaranıb. Amma Həsənov fərqi aradan qaldıra və finala yüksələ bilməyib.

***

18:41

Rioda keçirilən Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edən sərbəst güləşçi Cəbrayıl Həsənov 1/4 final görüşünü baş tutub.

Unikal.org-un məlumatına görə, 74 kq çəki dərəcəsində çıxış edən ikiqat Avropa çempionunun rəqibi Yakob Makaraşvili (Gürcüstan) olub.

Görüş başlayan kimi Həsənov rəqibindən ardıcıl xallar alaraq, 1 dəqiqə 45 saniyəyə təmiz qələbə qazanıb - 10:0.

Onun yarımfinalda rəqibi Aniuar Qeduyevlə (Rusiya) olacaq.

***

17:54

Rioda keçirilən Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçi Cəbrayıl Həsənov (74kq) ilk görüşünü baş tutub.

Avropa çempionunun 1/8 finaldakı rəqibi kolumbiyalı Karlos Arturo İzkueyrdo Mendes olub.

O, cəmi 2 dəqiqə 40 saniyə davam edən görüşdə vaxtından əvvəl qələbə qazanıb - 10:0.

1/4 finalda Azərbaycan güləşçisinin rəqibi gürcüstanlıYakob Makaraşvili olacaq.