57 kq çəki dərəcəsində Rioda keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulan Hacı Əliyev görüşə 1/8 finaldan start verib.

Unikal.org xəbər veri ki, H.Əliyevin ilk rəqibi cənubi koreyalı Yunsik Yun olub. 2 qat dünya çempionumuzm ilk hissəni 8:2 hesabı ilə öndə bitirən həmyerlimiz yekunda 12:2 hesablı qələbəyə sevinib.

***

Hacı Əliyev 1/4 finalda Vladimir Xinçeqaşvili (Gürcüstan) ilə üz-üzə gəlib. Birinci hissə Əliyevin 1:0 hesabı ilə xeyrinə başa çatsa da, yekunda məğlubiyyətə üzülüb. Gürcü 5:3 hesabı ilə mərhələ adlayıb.

****

London-2012-nin finalçısı olan Xinçeqaşvili bu dəfə də həlledici mərhələyə yüksəldiyindən, Hacı "bürünc" üçün təsəlliverici görüşlərə qatılacaq. Güləşçimiz ilk təsəlliverici görüşündə Nurislam Sanayevlə (Qazaxıstan) qüvvəsini sınayacaq. 

***

 Hacı Əliyev bürünc medal uğrunda ilk təsəlliverici görüşünə çıxıb.

57 kq. çəki dərəcəsində yer alan pəhləvanımız qazaxıstanlı Nurislam Sanayevlə üz-üzə gəlib.

Görüş Əliyevin 10:8 hesablı qələbəsi ilə yekunlaşıb. Bürünc medal uğrunda son görüşdə o, bolqarıstanlı Vladimir Dubovla üz-üzə gələcək. 

*** 

Rioda keçirilən Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edən sərbəst güləşçi Hacı Əliyev (57) bürünc medal görüşünə çıxıb.

Son təsəlliverici görüşda idmançımız rəqibi bolqarıstanlı Vladimir Dubov olub.

Görüşün əvvəlində Dubov 4 xalla irəli olsa da Əliyev tezliklə fərqi 2-yə endirib.. İkinci hissədə isə rəqibinə fənd tətbiq edərək, onun kürəyini yerə vurub və tam qələbə qazanıb.

Beləliklə, Hacı Əliyev olimpiadada Azərbaycanın aktivinə 12-ci medalı qazandırıb.