Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən 56 idmançıdan 48-i çıxışını tam başa vurub.

Unikal.org "Report"a istinadən bildirir ki, ötən yarış günündə ölkəmizin aktivinə 3 bürünc medal yazılıb.

Sərbəst güləşçilər Hacı Əliyev (57 kq) və Cəbrayıl Həsənov (74 kq), eləcə də taekvondoçu Milad Beigi Harçeqani fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Eyni zamanda boksçu Lorenso Sotomayor 64 kq çəki dərəcəsində yarımfinal görüşünü də qələbə ilə başa vuraraq, finala yüksəlib.

Bədii gimnast Marina Durunda isə fərdi çoxnövçülükdə təsnifat mərhələsini 8-ci pillədə başa vurub və "10-luğ"a düşdüyü üçün finala yüksəlib.

Yalnız qadın taekvondoçu Fəridə Əzizova (67 kq) 5-ci yerlə kifayətlənib.

Beləliklə, Azərbaycanın olimpiadadan medalsız qayıdacaq idmançılarının sayı 35-ə çatıb.

Onların 18-i - boksçular Yana Alekseyevna, Məhəmmədrəsul Məcidov, Abdulqadir Abdullayev və Albert Səlimov, yunan-Roma güləşçisi Saman Təhmasibi, qadın güləşçi Yuliya Ratkeviç, velosipedçi Olqa İsmayılova, atlet Anna Skidan və Hayle İbrahimov, cüdoçu Uşangi Kokauri, idman gimnastları Oleq Stepko və Petro Paxnyuk, velosipedçi Yelena Pavluxina, akademik avarçəkənlərdən ibarət Aleksandr Aleksandrov - Boris Yotov dueti, kanoe-slalomçu Yure Meqliç, triatlonçu Rostislav Pevtsov və oxatan Olqa Senyuk legionerdir.

Çıxışını başa vuranlardan 13-ü medal qazanıb. Onlardan 7-si legionerdir.

Son 2 gündə çıxış edəcək Azərbaycan idmançılarından yalnız 1-i yerli idmançıdır ki, bu da sərbəst güləş üzrə olimpiya çempionu Toğrul Əsgərovdur. O, avqustun 21-də mübarizə aparacaq.

Güləş

Qadın güləşi

Mariya Stadnik (48 kq) - gümüş

Natalya Sinişin (53 kq) - bürünc

Yuliya Ratkeviç (58 kq) - 5-ci yer

Yunan-Roma

Rəsul Çunayev (66 kq) - bürünc

Sabah Şəriəti (130 kq) - bürünc

Rövşən Bayramov (59 kq) - 5-ci yer

Elvin Mürsəliyev (75 kq) - 7-ci yer

Saman Təhmasibi (85 kq) - 13-cü yer

Sərbəst güləş

Hacı Əliyev (57 kq) - bürünc

Cəbrayıl Həsənov (74 kq) - bürünc

Cüdo

Elmar Qasımov (100 kq) - gümüş

Rüstəm Orucov (73 kq) - gümüş

Orxan Səfərov (60 kq) - 5-ci yer

Məmmədəli Mehdiyev (90 kq) - 7-ci yer

Nicat Şıxəlizadə (66 kq) - 1/8 finalda uduzub

Uşangi Kokauri (+100 kq) - 1/8 finalda uduzub.

Boks

Kamran Şahsuvarlı (75 kq) - bürünc

Elvin Məmişzadə (52 kq) - 1/4 finalda uduzub

Teymur Məmmədov (81 kq) - 1/4 finalda uduzub

Abdulqadir Abdullayev (91 kq) - 1/4 finalda uduzub

Albert Səlimov (60 kq) - 1/4 finalda uduzub

Yana Alekseyevna (60 kq - qadınlar) - 1/4 finalda uduzub

Məhəmmədrəsul Məcidov (+91 kq) - 1/8 finalda uduzub

Pərviz Bağırov (69 kq) 1/8 finalda uduzub

Rüfət Hüseynov (49 kq) - 1/16 finalda uduzub

Cavid Çələbiyev (56 kq) - 1/16 finalda uduzub

Taekvondo

Milad Beigi Harçeqani (80 kq) - bürünc

Patimat Abakarova (49 kq) - bürünc

Kanoe-sprint

Kanoe

Valentin Demyanenko (1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüş) - gümüş

Kayak

İnna Osipenko Radomskaya (1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüş) - bürünc

İnna Osipenko-Radomskaya (1 nəfərlik qayıqla 500 metr məsafəyə yürüş) - 8-ci yer

Akademik avarçəkmə

Aleksandr Aleksandrov - Boris Yotov (2 nəfərlik qoşa avarlı qayıq - M2X) - 12-ci yeri tutub.

Kanoe-slalom

Yure Meqliç (1 nəfərlik kayak qayığı) - yarımfinalda 14-cü yer

Velosiped idmanı

Yelena Pavluxina (şosse velosipedi - qadınlar) - 35-ci yer

Maksim Averin (şosse velosipedi - kişilər) - finişə çata bilməyib

Olqa İsmayılova (keyrin) - yarımfinala yüksələ bilməyib

Olqa İsmayılova (sprint) - 27 iştirakçı arasında 13-cü yer

İdman gimnastikası

Oleq Stepko (fərdi çoxnövçülük) - finalda 22-ci yer

Petro Paxnyuk (fərdi çoxnövçülük) - 34-cü yer

Üzgüçülük

Fatimə Alkərəmova (100 metr məsafəyə sərbəst üsulla) - 48 iştirakçı arasında 41-ci yer

Boris Kirillov (200 metr məsafəyə arxası üstə) - 26 iştirakçı arasında sonuncu yer

Atıcılıq

Ruslan Lunyov (pnevmatik tapançadan 10 metr məsafəyə atış) - seçmə mərhələdə 15-ci yer

Ruslan Lunyov (25 metr məsafəyə sürətli atış) - seçmə mərhələdə 15-ci yer

Triatlon

Rostislav Pevtsov (üzgüçülük, velosipedsürmə və qaçış hərəkətlərinin cəmində) - 39-cu yer

Qılıncoynatma

Səbinə Mikina (sablya) - 1/16 finalda uduzub

Oxatma

Olqa Senyuk (Kamandan oxatma) - 1/32 finalda uduzub

Atletika

Anna Skidan (çəkicatma) - seçmə mərhələdə B qrupunda 7-ci yer

Nazim Babayev (üçtəkanla uzununa tullanma) - 25-ci yer

Hayle İbrahimov (5000 metr məsafəyə qaçış) - seçmə mərhələdə 7-ci yer. Finala çıxa bilməyib.