"Rio-2016"da 50 kilometr məsafəyə qaçış zamanı fransız atlet Yohann Diniz yarış zamanı biabır olub.
Unikal.org xarici KİV-ə istinadən bildirir ki, telekanalların canlı yayımladığı yarış zamanı bütün kameralar Dinizi çəkib. Atletin şortunun arxasından ayaqqabısına doğru süzülən nəcis kameralara əks olunub.
Dünya rekordsmeni və eyni zamanda yarışın favoritlərindən biri hesab edilən Dinizin bir müddətdir ki, mədəsində ciddi probemlər olduğu məlum olub.
Diniz, başına gələn bu xoşagəlməz hadisəyə rəğmən bir müddət yarışda liderliyi əldə saxlasa da, sonra yolun kənarına yıxılaraq, digər atletlərin onu keçməsinə şərait yaratmaq məcburiyyətində qalıb.
Ancaq yarışın birincilərindən olan kanadalı atlet Evan Dunfee, Dinizi yerdən qaldıraraq yarışı davam etdirməsi üçün dəstək olub.
Fransız atlet Diniz, bütün səylərinə rəğmən, yarışı səkkizinci sırada tamamlayıb.
BU İLK ŞANSSIZLIÄžI DEYİL
Dinizin ən yaxşı göstəricisi 2007-ci il Dünya Çempionatında 50 kilometr məsafəyə yarışda ikinciliyi olub.
2008-ci il Pekin Olimpiadasında ayağı və mədəsi ağrıdığı üçün yarış başlamamış start xəttindən çəkilmişdi.
Dörd il sonrakı - London Olimpiadasında isə Diniz Olimpiya şəhərciyindən çıxaraq kənar bir yerdə spirtli içki qəbul etdiyi üçün yarışdan diskvalifikasiya edilibmiş.