Nazir Aygünlə İlhaməyə xəbərdarlıq etdi
11:07 11-02-2016
CƏMİYYƏT
Əbülfəs Qarayev: "Xalq artisti, fəhlə, sıravi bir
vətəndaş olmasından asılı olmayaraq insanlar bir-birlərinə münasibətdə etik normaları gözləməlidirlər"
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın xalq artistləri arasında yaranan qalmaqala münasibət bildirib.
"Qafqazinfo"nun report-a istinadən xəbərinə görə, nazir bildirib ki, xalq artistlərinin yazışmaları, bir-birilərinin ünvanlarına söylədikləri fikirlər mənasızdır: "İnsanlar etik normalara riayət etməlidirlər. Xalq artisti, fəhlə, sıravi bir vətəndaş olmasından asılı olmayaraq insanlar bir-birlərinə münasibətdə etik normaları gözləməlidirlər".
O deyib ki, cəmiyyətin öz daxili mədəniyyəti olmalıdır: "Əfsuslar olsun ki, bəzən mədəniyyət dedikdə sərgi, konsert təsəvvür olunur, ancaq mədəniyyət adamları cəmiyyətinin yaşam tərzini müəyyənləşdirən, diktə edən insanlardır. Hər bir xalq artisti öz hərəkəti, davranışı haqqında ciddi düşünməlidir. Təəssüf ki, bəzi şou-biznes nümayəndələri belə hallara yol verirlər. Təbii ki, bu dünya şou-biznesdə də olur. Həmin sənət adamları bunu çox zaman sensasiya, gündəmdə qalmaq xətrinə edirlər. Əgər bu belədirsə, bu işlərin də müəyyən bir normada aparılması lazımdır".
Ə.Qarayev qeyd edib ki, sənət adamlarının bu hərəkətləri xalqın qarşısında özlərini məyus etməkdən başqa bir şey deyil.
Xatırladaq ki, son günlər xalq artistləri İlhamə Quliyeva, Aygün Kazımova, Flora Kərimova, Nazpəri Dostəliyeva, əməkdar artist Elza Seyidcahan arasında qalmaqal yaranıb. Onlar bir-birlərini müxtəlif məsələlərdə, o cümlədən cinayət xarakterli hərəkətlərə yol verməkdə ittiham edirlər.
Digər Xəbərlər
2024-11-28 14:19:33
2024-11-28 14:16:15
2024-11-28 14:11:25
2024-11-28 14:06:00
2024-11-28 12:28:01
2024-11-28 12:16:28
2024-11-28 12:13:01
2024-11-28 12:03:23
2024-11-28 11:58:48
2024-11-28 11:58:40
2024-11-28 11:44:40
2024-11-28 11:32:24
2024-11-28 11:07:00
2024-11-28 11:03:29
2024-11-28 10:45:07
2024-11-28 10:36:14
2024-11-28 10:34:00
2024-11-28 10:09:32
2024-11-28 10:01:59