“Suverenlik istənilən xalqın ən böyük arzusu, niyyətidir. Konstitusiya və Suverenlik ili təkcə rəmzi xarakter daşımır, böyük Zəfərimizin 5 illiyi və Konstitusiyamızın 30 illiyidir”.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə Dövlət Suverenliyi Gününə həsr edilən konfransda çıxışı zamanı Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.

“Keçmişə dəyər vermək və gələcəyimizə bütün istiqamətlərimizi yönəltməliyik. Arzumuz odur ki, Azərbaycan müstəqil dövlət kimi dünya birliyində qabaqcıl dövlətlərdən olsun", - deyə F.Abdullayev bildirib.

Anar Kəlbiyev