"Donuz qripi"nə görə 428 nəfərdən analiz götürülüb
13:02 11-02-2016
CƏMİYYƏT
"Ölkədə epidemik qrip aşkar olunmayıb ".
Bu barədə Səhiyyə Nazirliyinin sanitar-epidemioloji xidmət sektorunun müdiri Viktor Qasımov məlumat verib.
V.Qasımov bildirib ki, ölkə ərazisində "donuz qripi" - A ( H1N1) virusuna qarşı profilaktik nəzarət tədbirləri davam etdirilir: " Xəstəxanalarda həkimlər də ciddi nəzarət edir və şübhəli xəstələr dərhal müayinəyə cəlb edilir. Xəstələr arasında adena, B tipli bəzi qrip virusları aşkar olunur, ancaq "donuz qrip" təhlükəsi yoxdur.
Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının (RTƏS) şöbə müdiri Rita İsmayılova isə Lent.az-a deyib ki, 2016-ci ilin ilk ayından bu günə kimi ümumilikdə 428 nəfər şübhəli xəstədə yaxma nümunələ götürülüb. Laborator tədqiqatları nəticəsində A(H1N1) virusu aşkar edilməyib.
Müayinələr zamanı adena, mövsümi qrip virusları üstünlük təşkil edib.
Digər Xəbərlər
2024-11-02 09:16:28
2024-11-02 00:42:30
2024-11-01 20:46:23
2024-11-01 20:41:58
2024-11-01 20:38:30
2024-11-01 20:02:03
2024-11-01 19:49:17
2024-11-01 19:35:09
2024-11-01 19:12:41
2024-11-01 18:43:13
2024-11-01 18:29:32
2024-11-01 18:17:19
2024-11-01 18:08:23
2024-11-01 17:54:00
2024-11-01 17:42:00
2024-11-01 17:40:00
2024-11-01 17:32:00