"Aygün haqqında elə şeylər açıb ortalığa qoyaram ki..." – İlhamənin oğlu
14:15 11-02-2016
CƏMİYYƏT
İlhamə Quliyevanın oğlu Orxan Nadirov Lent.az-a müsahibə verib.
Unikal.org həmin müsahibəni təqdim edir:
- Son zamanlar adınız mətbuatda daha çox kriminal olaylarla hallanır...
- (Sözümü yarımçıq kəsi) Bilirsiniz, mən özüm mətbuata açıqlama verməyi sevmirəm. Hətta bu günə qədər bir çox telekanallardan, saytlardan dəvət ediblər ki, müsahibə verim. Amma hər zaman belə şeylərdən qaçmışam. Amma mən susduqca, barəmdə əsassız məlumatların çoxaldığını gördüm. Amma bilin, mən və bütövlükdə bizim ailə şərlə üz-üzəyik. Barəmizdə yazılan xəbərlərin əksəriyyəti şər və böhtandır.
- Cəmi bir dəfə həbsdə olmusunuz?
- Bəli, 2008-2009-cu illərdə. Xalq artisti Aygün Kazımova barəmdə deyib ki, həbsdə olub. Amma məhkəmə zalından azadlığa buraxılmışam. Yəni iddialardan fərqli narkotikin nə istifadəçisi, nə də satanı olmamışam.
- Dostunuz Vüqar Bəkirzadənin həbsi ilə bağlı nə deyərdiniz?
- O, başqa cinayətə görə, həbs olunub. Bu barədə çox danışmaq istəmirəm. Qısaca onu deyim ki, Allah qapısını açsın. Başqa nə deyim? İnsanıq, həyatda hər birimizin başına iş gələ bilər.
- İlhamə xanım açıqlama verib ki, oğlumun heç vaxt yaxşı ətrafı və dostları olmayıb...
- Anam düz deyir. Onun dediyi sözlər bu gün öz təsdiqini tapır. Vaxtında mənə deyib, qulaq asmamışam, həmişə demişəm ki, "Düz demirsən, sən bildiyin kimi deyil". İndi anlamışam ki, həyat təcrübəsi olan insan düz danışır. Ataların bir məsəli var: "Böyüyün sözünə qulaq asmayan, böyürə-böyürə qalar". Vaxtında deyəndə qulaq asmadım, indi də adım kriminal mövzularda hallanır.
- Ananızın keçmiş köməkçisi Mehriban Hüseynovanın mətbuata ünvanladığı məktubda sizin adınızı da çəkir, barənizdə bir çox ittihamlar irəli sürür. Sizi bir çox insanların həbsində günahkar bilir...
- Mehriban Hüseynova bir ucdan yazıb, göndərir. O, yıxılıb, saman çöpü axtarır ki, tutub, qalxsın. Onun ittihamları ilə deyil ki... Mənim və anamın barəsində dediyi sözlərin bir sübutu olmalıdır. İnsan dediyi sözə sahib durmalıdır. Yazır ki, "İlhamə Quliyevanın oğlu belə elədi, İlhamə məni asdı-kəsdi". Adama deyərlər hanı sübutun? Hətta məktubunda yazıb ki, "İlhamə Quliyeva məni bıçaqla vurub". Harada və necə vurub? Bu günə qədər anam kimisə bıçaqla vurub? Bu gündən sonra da sənin kimi birinə əl qaldırsın? Bu adamın günahı olmasaydı, kimliyindən asılı olmayaraq, saxlamazdılar.
- Mehriban Hüseynova mətbuata yaydığı məktubda qeyd edib ki, onda İlhamə Quliyevanın səsyazmaları var.
- Adama deyərlər ki, nə səs yazısı var? O qadın şantajla məşğuldur. Üzr istəsəydi, onu bağışlayardıq. Hətta bu günə qədər ona qarşı kin saxlamamışdım. Amma onun yazılarından sonra mənə sübut etsin ki, hansı şəhidin bacısıdır?
- Ananızın keçmiş köməkçisinin və onun adamlarının sizə hədə-qorxu gəldiyini söyləmişdiniz. Hədə-qorxu hələ də davam edirmi?
- İndi yox, amma vaxtı ilə onların mənə hədə-qorxuları çox olub. Hətta onun mətbuata ünvanladığı məktublarda da hədə-qorxu açıq görünür. Yazısında şantajdan başqa nəyəsə rast gəlmək olmur. Məni naməlum şəxslər güdüblər, hətta maşınımı da vurublar. Amma bütün bunlara göz yummuşam. Mehriban deyir ki, həyətlərinə gedib, hay-küy salmışıq. Yalandır. Elə bir şey olmayıb. Şükür olsun ki, evlərinin önündə təhlükəsizlik kameraları da var. Ora baxsınlar. Mehriban mövzusunda bir çox insanlar, millət vəkilləri, şou-biznes nümayəndələri fikir bildirdi. Heç bir millət vəkilindən, nə də şou-biznes nümayəndəsindən qorxmuram. Nə də onların güvəndiyi şəxslərdən çəkinmirəm. İndi vəziyyət bu cürdür ki, şir çətin vəziyyətdə olanda ona çaqqal-çuqqallar cumur. Anama tənqidi fikirlər yazanlardan biri qardaşının etdiyi əməllərdən danışsa, yaxşı olar. İki ay öncə qardaşını dələduzluğa, ondan da öncə narkotikə görə həbs etmişdilər.
- Ad çəkmədən danışırsınız. Hazırda Aygün Kazımovanın qardaşı həbsdədir. Bəlkə söhbət ondan gedir?
- Mən ad çəkmirəm, amma ümumi deyirəm. Millət vəkilinə gələndə isə kiminsə sözü ilə gedib, nəsə demək lazım deyildi. Kişisən, millət vəkilisən, çıx açıq sözünü de.
- Xalq artisti Aygün Kazımova İlhamə xanıma qarşı ittiham irəli sürüb ki, anasını döyürmüş.
- Aygün çox böyük qələt edir. Bunu açıq aşkar onun özünə də deyə bilərsiniz. Əgər bu sözlərimdən sonra sözü olsa, zəng etsin mənə. Gülünc bir iddia irəli sürüb ki, "İlhamə anasını pilləkəndən itələyib, yıxıb. Əslində belə bir şey olmayıb. İndi yaşadığımız bina da yerində qalır. Orada yaşayan insanlar da qalır, rəhmətə gedənləri də var. Gedib orada yaşayanlardan soruşmaq olar ki, Tükəzban xanım pilləkəndən yıxılanda hadisə necə olmuşdu? Anamla şofer maşında oturub, nənəmlə qulluqçunun avtomobilə enməsini gözləyirdilər. Qulluqçu qapını bağlayana kimi nənəm pilləkənləri enəndə ayağı şubasına ilişib, yıxılmışdı. Hadisə ehtiyatsızlıqdan olub. Yəni İlhamə Quliyeva onu itələməmişdi. Nəsil söhbətinə gəlincə, Aygün getsin bir öz nəslinə baxsın və öz elədiklərini yadına salsın. Aygün mənimlə açıq müharibəyə başlasa, onun haqqında elə şeylər açıb ortalığa qoyaram ki... Ondan sonra bu şeylərin axırı necə olar? Bunu istəmirəm. Yazanda özün haqqında, ədavətin olduğun adam haqqında yaz. Heç kimə ixtiyar verilməyib ki, kiminsə övladını, anasını, nəslini müzakirə eləsinlər. Həmin sözü deyən insanların da özünü, nəslini elə müzakirəyə qoyarlar ki?
- Aygün Kazımova ilə şəxsi tanışlığınız varmı?
- Var, elə ona görə də mənə maraqlıdır ki, kiminləsə yaşadığı şəxsi problemlərə bizi niyə qatdı? Hamı bilir ki, neçə ildir müğənni Natavan Həbibi ilə problemləri var. Bəli, Natavan mənim dostumdur, xətrini çox istəyirəm. Hətta anamla Natavan arasında problem olanda, onunla münasibətimi saxlamışam. Yəni böyüklər arasında olan söhbətə qarışmağı sevmirəm. Amma Aygün elə etdi ki, mən qarışmalı oldum. Nəyə görə bizə qarşı belə etdi? Səbəb? Bakı balaca şəhərdir, hamı hamının haqqında çox şey bilir. Kimsə danışmırsa, bu o demək deyil ki, heç nə bilmir.
- Bundan öncəki müsahibənizdə söyləmişdiniz ki, bütün bu hadisələri sifariş edən şəxs var. Bəlkə həmin şəxsin adını açıqlayasınız?
- Yox, deyə bilmərəm. Çünki tam sübuta yetirilməyib. Heç kəsi şərləmək fikrim yoxdur. Bu sırada bir neçə-neçə adamlar var. Şou-biznes nümayəndəsi də, ictimai xadim də ola bilər.
- Bir az da keçək şəxsi həyata...İlhamə xanımı efirlərdən daha zəhmli görmüşük. Evdə necədir?
- Evdə çox ciddi, zəhmlidir. Adam arasında deyib, gülür, zarafat edir. Yəni hər şeyin yerini biləndir.
- Hansı xüsusiyyəti ürəyinizcə deyil?
- Ciddiliyi (gülür). Başqa heç nə.
- Nələri sənə qadağa edib?
- Bir çox şeylərə qadağa qoyub. Məktəbdə oxuyanda siqareti qadağa etmişdi. İndi içki içməyə, maşını bərk sürməyə, evə gec gəlməyə qadağa qoyub. Məncə bu qadağalar da lazımdı.
- Ən çox mübahisəniz nəyin üstündə olur?
- Bu gün də evə gec gəldiyimə görə, mübahisələrimiz olur. Axşam saat 11-də zəng vurur ki, "hardasan?". Deyirəm "şəhərdə". Onu aldatmaq olmur.
- Bir neçə il öncə mətbuatda yazılmışdı ki, İlhamə xanımla gəlini arasında inciklik olub. Doğrudurmu?
- Yox, bu yalandır. Xəbəri dəqiqləşdirmədən yazırlar. Anamla gəlini arasında heç bir problem yoxdur.
- Sizə daha çox İlhamə xanıma görə hörmət edirlər? Yoxsa...
- ( Bir az düşünür...) Anama görə hörmət edənlər daha çoxdur. Bunu danmaq olmaz. Dövlət Yol Polisi əməkdaşları hər zaman məni anlayırlar. Onlarla heç bir problemim olmayıb. Saxlayanda da yüngül cərimə ilə yola salırlar. Biləndə ki, İlhamə xanımın oğluyam, mənə hörmətlə yanaşırlar. Sağ olsunlar.
- Olubmu ki, ananız barədə sizə tənqidi fikirlər söyləsinlər?
- Əlbəttə olub. Tənqidi fikir hamının haqqında deyirlər. Əgər bir insanın barəsində tənqidi fikir demirlərsə, deməli o adam maraqlı insan deyil.
- Sonda əlavəniz varmı?
- Hə, var. Onu da qeyd edin ki, bu mənim mətbuata son müsahibəmdir. Bundan sonra mənim icazəm olmadan barəmdə əsassız yazı yazanlar barədə ciddi tədbirlər görüləcək. Son xəbərdarlığımdır. İnanıram ki, bu xəbərdarlığımı anlayışla başa düşərlər.
Digər Xəbərlər
2024-11-28 14:45:00
2024-11-28 14:19:33
2024-11-28 14:16:15
2024-11-28 14:11:25
2024-11-28 14:06:00
2024-11-28 12:28:01
2024-11-28 12:16:28
2024-11-28 12:13:01
2024-11-28 12:03:23
2024-11-28 11:58:48
2024-11-28 11:58:40
2024-11-28 11:44:40
2024-11-28 11:32:24
2024-11-28 11:07:00
2024-11-28 11:03:29
2024-11-28 10:45:07
2024-11-28 10:36:14
2024-11-28 10:34:00
2024-11-28 10:09:32