Adı qohumu Elnur Hümmətovun ölümündə hallandırılan əməkdar artist Aygün Bəylər (Hümmətova) Azərbaycandan gedib.

Unikal.org ölkə.az-a istinadən xəbərinə görə, bu barədə sənətçinin telefonuna cavab verən şəxs bildirib. Özünü Aygün Bəylərin dostu kimi təqdim edən kişi qeyd edib ki, əməkdar artist on gündən çoxdur, ölkədə yoxdur və nə zaman geri dönəcəyi bəlli deyil.

Xatırladaq ki, Aygün Bəylərin adı qohumu Elnur Hümmətovun ölümündə hallandırılır. Belə ki, əməkdar artistin qardaşı Abbas Hümmətov E.Hümmətovun ölümündə şübhəli bilinərək saxlanılıb. Mərhumun anası Səadət Hümbətova isə müsahibəsində qeyd edib ki, Aygün Bəylər (Hümmətova) Elnur Hümmətovun Abbas Hümmətov tərəfindən öldürüldüyünü bilirmiş.

Qeyd edək ki, Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının Bakı şəhər sakini Elnur Hümmətovun 2013-cü il iyunun 16-da itkin düşməsi ilə əlaqədar keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə onun 2013-cü ilin mayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümmətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala kəndi ərazisində boğulma yolu ilə qətlə yetirilib basdırılması müəyyən edilib.