İsrailin baş naziri Benyamin Netanyahu Kanada, Böyük Britaniya və Avstraliyanın Fələstin Dövlətini tanımasına cavab olaraq videomüraciət edib.
"Unikal" xəbər verir ki, o, videomüraciətində İordan çayının qərbində Fələstin dövlətinin olmayacağını bəyan edib.
“Oktyabrın 7-dəki dəhşətli qırğından sonra Fələstin dövlətini tanıyan liderlərə açıq mesajım var: siz terrora böyük mükafat verirsiniz. Sizə başqa bir mesajım var: İordan çayının qərbində Fələstin dövləti olmayacaq. İllərlə həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə böyük təzyiqlərə baxmayaraq, bu terror dövlətinin yaradılmasının qarşısını almışam. Biz bunu qətiyyətlə və siyasi müdrikliklə etdik. Bu arada biz Yəhudeya və Samariyada yəhudi məskənlərini ikiqat artırdıq və bu kursu davam etdirəcəyik. Torpağımızın mərkəzində bizə terror dövləti yeritmək üçün edilən bu son cəhdin cavabı mən ABŞ-dan qayıdandan sonra veriləcək. Sadəcə gözləyin”, – Netanyahu bəyan edib.