Azərbaycan, Ukrayna və Qazaxıstandan olan bir neçə güləşçinin Pekin-2008 və London-2012 Olimpiya oyunlarında qazandığı medallar dopinqlə əlaqədar geri alınacaq.

Unikal.org AzVision.az-a istinadən xəbər verir ki, bu barədə "FloWrestling məlumat yayıb.

Hələlik adı dopinq qalmaqalında hallanan güləşçilərin kimliyi açıqlanmayıb.

Bundan əlavə Pekin-2008 Olimpiya Oyunlarının qalibi Özbəkistan təmsilçisi Artur Taymazovun qızıl medalı əlindən alınaraq rusiyalı güləşçi Bəxtiyar Əhmədova veriləcək.