Türkiyənin İsparta vilayətində turistləri daşıyan mikroavtobusun idarəetməni itirərək dərəyə aşıb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, 16 nəfər isə yaralanıb.

Onlardan 5-inin vəziyyəti ağırdır.

Məlumata görə, mikroavtobusun sürücüsü güclü yağış səbəbilə idarəetməni itirib.

Hadisə ilə bağlı araşdırma aparılır.