Mərhum aktyor, Əməkdar artist Həsən Əblucun həyat yoldaşı Firəngiz Əbluc vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə aktyorun qızı Elnaz Əbluc Həsən məlumat yayıb.

Anası ilə görüntülərini paylaşan Elnaz Əbluc “Axı sən düzəlirdin. Bu video sənin hamı ilə vidalaşmağını əks etdirir. Niyə məni tək qoydun?” deyə yazıb. 

Qeyd edək ki, Firəngiz Əbluc səhhətində yaranmış problemlər ilə bağlı bu ilin may ayında xəstəxanaya yerləşdirilmişdi.