Azərbaycan Respublikasının Əməkdar müəllimi İsmayılova Zemfira Xasay qızı vəfat edib.
"Unikal" xəbər verir ki, o, Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinin Biologiya kafedrasının dosenti, biologiya elmləri üzrə fəlsəfə doktoru olub.
Qeyd edək ki, İsmayılova Zemfira Xasay qızı 1950-ci ildə anadan olub.
Prezident İlham Əliyevin 2010-cu il mayın 18-də imzaladığı sərəncamla "Əməkdar müəllim" fəxri adına layiq görülüb.




































.jpeg)















.jpeg)



