Azərbaycan Texniki Universitetində (AzTU) İT sahəsində çalışan tələbələrin iştirakı ilə "İşləyən Tələbələrin I Forumu: Təhsil, Karyera və Gələcək Bacarıqlar" mövzusunda forum keçirilib.
"Unikal" xəbər verir ki, AzTU İnkubasiya Mərkəzinin təşkil etdiyi tədbirin məqsədi informasiya texnologiyaları sahəsində çalışan tələbələri bir araya gətirmək, onların təcrübələrini paylaşmaq, qarşılaşdıqları problemləri müzakirə etmək və universitet–sənaye əməkdaşlığını gücləndirmək olub.
Tədbiri giriş sözü ilə açan “Startap Azərbaycan” platformasının rəhbəri Osman Gündüz rəqəmsal transformasiya, əmək bazarının tələbləri və gələcəyin bacarıqları barədə fikirlərini iştirakçılarla bölüşüb.
AzTU-nun rektoru Vilayət Vəliyev universitetdə həyata keçirilən layihələr, tələbələr üçün yaradılan imkanlar və qarşıdakı dövrdə nəzərdə tutulan yeniliklər barədə məlumat verib. Daha sonra rektor işləyən tələbələrin problemlərini və təkliflərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb.
Görüşün sonunda AzTU-nun İT sektorunda çalışan tələbələrinin şəbəkəsinin yaradılması barədə qərar qəbul olunub.
Qeyd edək ki, bu formatda görüşlər mütəmadi olaraq təşkil ediləcək, tələbələr arasında əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsinin gücləndirilməsi istiqamətində fəaliyyətlər davam etdiriləcək.




















.jpeg)





























