ABŞ Dəniz Piyadaları Korpusu ilk dəfə olaraq beşinci nəsil F-35B qırıcı təyyarələrini Finlandiyaya yerləşdirib. Finlandiyada "Ramstein Flag 2026" təlimi keçirilib.
"Unikal" xəbər verir ki, bu barədə "Military Watch Magazine" (MWM) məlumat yayıb.
Nəşr bildirib ki, "ABŞ Dəniz Piyadaları Korpusunun F-35B qırıcı təyyarələri Rusiyanın şimal-qərb sərhədi yaxınlığında ilk dəfə eniş edib".
Təlim Tervo ərazisindəki magistral yolların hissələrində qırıcı təyyarələrin əməliyyatlarını məşq etməyi əhatə edəcək. Bu cür ssenarilər müvəqqəti və hazırlıqsız uçuş-enmə zolaqlarında qırıcı təyyarələrin idarəetmə bacarıqlarını təkmilləşdirmək üçün vacibdir.














.jpeg)





.jpeg)





























