Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, Naxçıvan-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı saxlanılaraq onun əl yükünə baxış keçirilib.
DGK-nın mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, malların yoxlanılması zamanı vətəndaşa məxsus dörd ədəd sellofan paketdən Azərbaycanın aksiz markası ilə markalanmayan 10.000 ədəd "Kent Nanotek və 4000 ədəd "Marlboro Edge markalı siqaretlər aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.