"İraq və Şam İslam Dövləti" (İŞTD) terror təşkilatı Suriya və İraqda nəzarətdə saxladığı ərazilərdə oynanan futbol matçlarında peşəkar futbol hakimlərinin meydana çıxmasını yasaqlayıb.
Unikal.org Milli.Az-a istinadən bildirir ki, Suriyanın Deyr əz Zor şəhərində isə ümumiyyətlə, futbol hakimliyi "haram" sayılıb.
İŞİD-in şəhərdəki liderlərinin dediklərinə görə, "beynəlxalq futbol qaydaları Şəriətə ziddir".
İŞİD futbolu əvvəllər haram buyursa da, indi həmin yasaq yumşalıb. Amma hakimlik qadağan olunub və bununla bağlı fətvada deyilir: "Futbol oyunlarında hakimlərin qərarları Allahın buyruqlarına uyğun olmur, onlar Allahın işinə qarışır, sünnəyə qarşı çıxırlar".