Türkiyə Yozqat vilayətində 41 yaşlı Doğan Murat barda onu döyən 2 tanışından intiqam alıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğınsöndürmə idarəsinin işçisi olan Doğan Murat özüylə eyni yerdə çalışan 42 yaşlı Kenan Savacı və çörəkçi 40 yaşlı Ərtoğrul Kandırmaz ilə dünən axşam saatlarından bara gedib.

Dostlar arasında barda baş verən mübahisə böyüyüb və davaya çevrilib. İddiaya görə bu zaman Kenan Savacı və Ərtoğrul Kandırmaz Doğan Muratı möhkəm döyüblər.

Hadisədən sonra evinə qayıdan və döyülməyi həzm edə bilməyən Doğan Murat növbəti gün səhər saatlarında qarşılaşdığı Kenan Savacını tapançayla başından vurub. O daha sonra həmin əraziyə yaxın yerdə çörək zavodunda işləyən Ərtoğtul Korkmazın yanına gedib və onu da güləlləyib.

Ağır yaralanan Kenan Savacı və Ərtoğrul Kandırmaz aparıldıqları xəstəxanada həkimlərin səyinə baxmayaraq dünyasını dəyişiblər.

Bununla yetinməyən Doğan Murat "feysbuk adresindən canlı yayım edərək təhdidlər yağdırıb.

Daha sonra polisin təqibi nəticəsində həbs olunan Doğan Murat jurnalistləri görən zaman "Lotulğun sonunu görsünlər deyə qışqırmağa başlayıb.

Aygün