"Unikal.org"un xəbəri gündəmə bomba kimi düşdü
12:54 13-02-2016
CƏMİYYƏT
Sabiq nazir MTN-lə əlaqələrini gizlətmək üçün cəmiyyətə yalan məlumat verir
Bir neçə gün əvvəl unikal.org saytı sabiq Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun bağ evindən 1 milyon dolların oğurlanması ilə bağlı xəbər yaymışdı. Həmin xəbərdə Əli Abbasovun Goradildəki bağ evindən külli miqdarda pul oğulandığı qeyd olunmuşdu. Bundan əlavə, hadisə ilə bağlı araşdırma MTN tərəfindən aparıldığı və oğruların saxlanıldığı bildirildi.
Nəhayət sabiq nazir Əli Abbasov xəbərə reaksiya vermək məcburiyyətində qalıb. Belə ki, ölkənin gündəminə bomba kimi düşən bu xəbəri təkzib etməsi də həqiqəti əks etdirmir. Çünki ortada cinayət faktı var, işin MTN-tərəfindən araşdırılması da danılmazdır, oğurluğu törədənlər də həbsdədirlər.
Sadəcə olaraq, Əli Abbasov MTN-lə əlaqələrinin üzə çıxdığından narahat olub və bu səbəbdən də yazılanların həqiqət olmadığını iddia edir. Bununla da sabiq nazir cəmiyyətə yalan məlumat vermiş olur.
Digər Xəbərlər
2024-11-28 17:40:00
2024-11-28 17:18:55
2024-11-28 17:16:28
2024-11-28 16:54:59
2024-11-28 16:46:00
2024-11-28 16:42:40
2024-11-28 16:34:09
2024-11-28 16:25:26
2024-11-28 16:07:58
2024-11-28 15:56:05
2024-11-28 15:24:17
2024-11-28 15:11:11
2024-11-28 14:56:35
2024-11-28 14:45:00
2024-11-28 14:19:33
2024-11-28 14:16:15
2024-11-28 14:11:25
2024-11-28 14:06:00
2024-11-28 12:28:01
2024-11-28 12:16:28