Rusiya Prezidenti Vladimir Putin Kuril adaları mövzusunda Yaponiya ilə anlaşmaya hazır olduğunu açıqlayıb.

Unikal.org Axar.az-a istinadən xəbər verir ki, "Blumberq telekanalına müsahibə verən Putin adaların satılmayacağını, digər variantları gözdən keçirəcəklərini bildirib:

"Dəyişmək və ya satmaqdan bəhs etmirəm. Tərəflərdən heç birinin özünü məğlub olmuş, ya da itirmiş hiss etməyəcəyi bir həll variantı tapmaqdan danışıram.

Xatırladaq ki, II Dünya müharibəsindən sonra SSRİ 56 adadan ibarət Kuril adasını nəzarətə götürüb. Yaponiya isə adaların geri qaytarılmasını tələb edir.

1997-ci ildə Rusiyanın sabiq prezidenti Boris Yeltsin adaların qarşılığında 30 milyard dollar istəsə də, rəsmi Tokio bu məbləği ödəməkdən imtina etmişdi.