Güclü leysan yağışlar Meksikada təbii fəlakətə yol açıb. Unikal.org APA-ya istinadən verdiyi məlumata görə, leysan yağışın yol açdığı dağıntılar səbəbindən Meksikanın müxtəlif ştatlarında ən azı 4 nəfər həyatını itirib.

 
Çyapas ştatında Tustla-Quterres şəhərində  3 nəfər ölüb. Şəhərdə iki ev dağılıb, körpü çöküb, 75 avtomobilə ziyan dəyib. Hakimiyyət su basan zonadan ailələri evakuasiya edib.
 
Xalisko ştatında Kasimiro-Kastilo şəhərində isə 1 yaşlı şəxsi su axını aparıb. Yaşlı şəxsin cəsədi axtarışlardan sonra tapılıb.