Ramin Quluzadənin səlahiyyətləri azaldılır
10:15 17-02-2016
CƏMİYYƏT
Yeni rabitə və yüksək texnologiyalar nazirinə ilk şok
Azərbaycanın yeni rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin səlahiyyətləri azaldılır. Bu barədə "Unikal"a nazirlikdəki mənbələrdən məlumat daxil olub.
Xatırladaq ki, R.Quluzadə bu posta bir ay öncə təyin edilib.
39 yaşlı nazir Bakı şəhərində doğulub, Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb.
O, həmin postda Əli Abbasovu əvəz edib. Abbasov ötən il noyabrın 12-də vəzifəsindən azad edilib. Bundan iki həftə sonra R.Quluzadə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunub və iki ay müddətində nazir səlahiyyətlərini də icra edib.
Mənbələrin bildirdiyinə görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki iki qurumun birləşdirilməsi gözlənilir: "stasionar telefon rabitəsi xidmətləri ilə məşğul olan iki dövlət müəssisəsi - "Aztelekom" və "Bakı Telefon Rabitəsi" (BTRİB) İstehsalat Birlikləri birləşdiriləcək. Bundan sonra birləşdirilmiş qurumlar Ramin Quluzadənin rəhbərlik etdiyi nazirliyin tərkibindən çıxarılaraq, Açıq Səhmdar Cəmiyyətə (ASC) çevriləcək".
Mənbələrin dediyinə görə, artıq bununla bağlı təkliflər Əmlak Məsələləri Dövlət Komitəsində müzakirə olunub və adları çəkilən qurumların ASC formasında fəaliyyətini davam etdirməsi qərarlaşdırılıb. "Məsələnin rəsmiləşdirilməsinə çox az qalıb" deyə qaynaqlarımız əlavə ediblər.
Xatırladaq ki, "Aztelekom" İB-nin eks rəhbəri Məhəmməd Məmmədov və BTRİB-in eks rəhbəri Beytulla Hüseynov hazırda "MTN işi" ilə bağlı həbsdədirlər. Onların rəhbərlik etdikləri qurumun fəaliyyətində rüşvət və korrpsiya olması barədə iddialar uzun müddət mətbuat səhifələrini "bəzəyib". Bütün bunlar isə adları çəkilən qurumların artıq yeni idarəetmə mərhələsinə keçməsini qaçılmaz edir.
Bununla belə, bəzi iddialara görə, yeni rabitə və yüksək texnologiyalar naziri hər iki istehsalat birliyinin rəhbəri olduğu nazirliyin tabeliyindən çıxarılmasına isti münasibət bəsləmir. O, hesab edir ki, sözügedən qurumlar strateji əhəmiyyətlidirlər və dövlət nəzarətində qalması daha məqsədəuyğundur.
Amma R.Quluzadənin istəyi həyata keçməyib və "Aztelekom"la BTRİB-in birləşdirilərək ASC-yə çevrilməsi qətiləşib. Bu isə rabitə və yüksək texnologiyalar nazirinin səlahiyyətlərinin ciddi şəkildə azalması deməkdir.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-28 16:46:00
2024-11-28 16:42:40
2024-11-28 16:34:09
2024-11-28 16:25:26
2024-11-28 16:07:58
2024-11-28 15:56:05
2024-11-28 15:24:17
2024-11-28 15:11:11
2024-11-28 14:56:35
2024-11-28 14:45:00
2024-11-28 14:19:33
2024-11-28 14:16:15
2024-11-28 14:11:25
2024-11-28 14:06:00
2024-11-28 12:28:01
2024-11-28 12:16:28
2024-11-28 12:13:01
2024-11-28 12:03:23
2024-11-28 11:58:48
2024-11-28 11:44:40