
"Çudo Peçka" mağazalar şəbəkəsi məhkəmə qərarı ilə şirkətin əvvəlki sahiblərinə qaytarılıb.
Unikal.org "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə əməkdar artist Röya Ayxanın eks-həyat yoldaşı Anar Cəlilov sosial şəbəkədə məlumat yayıb.
Anar Cəlilov mağazalar şəbəkəsinin yenidən atası Çingiz Cəlilova verildiyini bildirib:
"Son beş ildə "Bakery Operating Company" MMC-nin idarəçiliyinə verilmiş "Çudo-Peçka" mağazalar şəbəkəsi məhkəmə qərarına əsasən 15.02.2016-cı ildə şirkətin qanuni təsisçilərinə qaytarılıb.
Artıq "Bakery Operating Company" MMC-nin və direktoru Azad Abdullayevin qaranlıq işləri səlahiyyətli şəxslər tərəfindən araşdırılmağa başlanılıb. Nəticələr barədə məlumat veriləcək".
Qeyd edək ki, Röya Ayxan Anar Cəlilovla 2008-ci ildə ailə həyatı qursa da, cütlük 2014-cü ilin avqustunda boşanıb.