Bu gün Ankarada baş vermiş partlayış nəticəsində 5 nəfər ölüb, 10 nəfər yaralanıb.
Unikal.org FOX TV-yə istinadən verdiyi məlumata görə, hadisənin terror aktı olduğu və bombalı bir maşınla törədildiyi bildirilir. Partlayış hərbi nəqliyyat vasitələri keçərkən törədilib. İlkin versiyaya görə, küçədə saxlanılan avtomobildə partlayıcı qurğu işə salınıb. Türkiyənin səhiyyə naziri Mehmet Müezzinoğlu jurnalistlərə açıqlamasında bildirib ki, hadisə zamanı 28 nəfər ölüb, 61 nəfər isə yaralı var.