“Geyimim öz moda evimdəndir. Mən fikirləşirdim ki, həmin məkanın açılışını edim. Daha sonra isə bu qərarımdan daşındım. Hansısa bir konsertimdə təqdimata yer verərəm”.
Unikal.org xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında əməkdar artist Röya Ayxan söyləyib.
Müğənni bildirib ki, :
“Çox tanınmış bir model var, Azərbaycana dəvət olunub və bizim qonağımızdır. Yəqin ki, moda evimin siması elə həmin model olacaq. Artıq heç bir yerə, mağazalara getməyə vaxtım yoxdur. Həmçinin, mağazalarda məhsulların qiyməti yüksəkdir. Maşallah, ölkəmiz də bahalıdır. Moda evində qiymətlər normal olacaq. Ölkədə baş verən böhrandan qabaq bu işlərimi həll etmişdim. Yəni, böhrandan öncə moda evimlə bağlı planlar qurmuşdum”.