ARDDA Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2006-cı il tarixli 395 saylı Fərmanı ilə təsdiqlənmiş Əsasnaməyə müvafiq olaraq, Azərbaycan Respublikası ərazisində dəniz nəqliyyatı sahəsində müəyyən edilmiş qaydada dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Azərbaycan Respublikası 15 may 1995-ci il tarixindən Beynəlxalq Dəniz Təşkilatının (BDT) üzvüdür. Dövlət Dəniz Administrasiyası BDT ilə sıx əlaqə yaradaraq təşkilatın iclaslarında, şuralarında və asambleyalarında yaxından iştirak edir. Bu günədək ARDDA tərəfindən hazırlanaraq Milli Məclisə təqdim olunmuş 18 Beynəlxalq Konvensiya və həmin konvensiyalara 8 Protokol ali qanunverici orqan tərəfindən qəbul olunmuşdur. ARDDA bu konvensiyaların Azərbaycan Respublikasında yerinə yetirilməsinə dair BDT-yə mütəmadi olaraq hesabatlar verir.
Qüdrət Qurbanovun rəhbərlik etdiyi qurum nəhəng nailiyyətlərə imza atmaqdan doymur
2015-cü il Dövlət Dəniz Administrasiyası üçün çox uğurlu olub. Bunu qurumun ötən ilə dair hesabatından da görmək olar. Belə ki, Administrasiya fəaliyyətində qabaqcıl ölkələrin dəniz nəqliyyatı sahəsindəki təcrübəsini öyrənməklə, bu təcrübənin tətbiqi məsələlərinə xüsusi yer ayırıb. Beynəlxalq Dəniz Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı, Avropa İttifaqı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, NATO və s. kimi beynəlxalq qurumlarla əlaqələr genişləndirilib.Hesabat dövrü ərzində Azərbaycan Respublikasına mənsub dəniz limanlarına 16401 gəminin girişi və 16479 gəminin çıxışı rəsmiləşdirilib, xarici dövlətin bayrağı altında üzən 645 gəmiyə bələdçi xidməti göstərilib.
Azərbaycan limanlarında xarici dövlətin bayrağı altında üzən 45 gəmi yoxlanılıb. Onlardan 20-si Russiya Federasiyası, 18-si İran İslam Respublikası, 3-ü Qazaxıstan Respublikası və 4-ü Türkmənistan Respublikasına məxsus olub. Gəmilərdə beynəlxalq konvensiya və qaydaların tələblərinin pozulması ilə bağlı 300 uyğunsuzluq aşkar edilib. Nöqsanlar aradan qaldırılanadək 19 gəminin (3-ü Rusiya, 13-ü İran İslam Respublikası və 3-ü Türkmənistan) limanları tərk etməsinə qadağa qoyulub.
Xəzər dənizində Azərbaycan bayrağı altında üzən 29 gəmidə yeniləmə, 12 gəmidə ilkin, 15 gəmidə ara yoxlaması keçirilib. 74 gəmiyə Azərbaycan bayrağı altında üzmək hüququ, 22 gəmiyə mülkiyyət hüququ, 74 gəmiyə minimum heyət tərkibi, 41 gəmiyə neftlə çirklənmədən vurulan zərərə görə mülki məsuliyyətin maliyyə təminatı, 43 gəmiyə əmniyyətli idarəetmə haqqında şəhadətnamə, 144 gəmiyə Bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyət ilə bağlı sığorta və ya digər maliyyə təminatı haqqında sertifikat, 19 gəmiyə gəmi reyestrindən çıxarış və 35 gəmiyə gəmi tarixinin fasiləsiz qeydlər sənədi, 3 gəmiçilik şirkətinə uyğunluq haqqında sənəd təqdim edilib. Dövlət Dəniz Administrasiyasının müraciəti ilə Kuk adaları “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (AXDG QSC) məxsus 18 gəmiyə “Batmış gəmilərin çıxarılması haqqında” Beynəlxalq Nayrobi Konvensiyasının tələblərinə uyğun olaraq müvafiq şəhadətnamələr verib.
Hesabat dövrü ərzində Dövlət Dəniz Administrasiyasının rəsmi şəxsləri qrafik tərtib edilməklə vətəndaşların qəbulunu ləngitmədən həyata keçirib.Bütün bunlar ARDDA-nın yeni – 2016-cı ildə daha uğurlu fəaliyyət göstərəcəyinə dair ümidləri və gözləntiləri artırır.
Bir məqama da toxunmadan keçmək olmaz: təəssüf ki, ARDDA-nın uğurlu fəaliyyətini həzm etməyənlər, elə bu səbəbdən də bu quruma və onun rəisi Qüdrət Qurbanova qarşı qarayaxma kampaniyası aparmağa çalışanlar tapılır. Xüsusilə Qüdrət müəllimin adını MTN ətrafında cərəyan edən hadisələrə bağlamaq cəhdləri bir tərəfdən gülüş, digər tərəfdən ikrah doğurur. Təkcə ona görə yox ki, ARDDA və onun rəhbərliyinin fəaliyyəti tam şəffafdır, Azərbaycan qanunvericiliyinin tələblərinə əsaslanır.Həm də ona görə ki, belə qarayaxmalar “çamur at, yapışmasa da, izi qalar” prinsipinə (daha doğrusu, prinsipsizliyinə!) əsaslanır, hansısa cılız və çirkli məqsədlərə xidmət edir.
Qeyd edək ki, ölkə iqtisadiyyatımızın inkişafında böyük rol oynayan zəhmətkeş peşə sahibləri – dənizçilərin sosial rifahının, əlverişli yaşayış və əmək şəraitinin yaxşılaşdırılması məsələlərinin Azərbaycan Dövlət Dəniz Administrasiyasının (ARDDA) rəisi Qüdrət Qurbanov tərəfindən daim diqqət mərkəzində saxlanılır . Bu isə biz jurnalistləri çox sevindirir.
Biz isə əminik ki, ARDDA və onun rəisi bütün qarayaxmlara baxmayaraq, onlara əhəmiyyət vermədən yoluna yenə də əvvəlki əzm və iradəylə, yüksək peşəkarlıqla davam edəcək, 2016-cı ildə daha böyük uğurlara imza atacaq.