Bakıda məşhur mağazadan 120 min manatlıq oğurluq edilib.
Unikal.org report.az-a istinadən xəbər verir ki, “Diamoni” MMC-nin direktoru, Bakı şəhər sakini 1971-ci il təvəllüdlü Yaşar Qürbət oğlu Hüseynov polisə müraciət edib.
Direktor polisə müraciətində bildirib ki, 2013-cü ildən 2015-ci ilin mart ayınadək MMC-də işləyən Bəxtiyar adlı şəxs açıq pəncərədən keçməklə şirkətdən 120 min manat dəyərində 2 100 cüt ayaqqabı oğurlayıb.
Şikayətlə bağlı Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 31-ci Polis Bölməsində (PB) araşdırma aparılır.