Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Rauf Mirqədirovun apellyasiya şikayətinin ilkin baxış iclası keçirilib.
Unikal.org xəbər verir ki, şikayətə hakim Abid Abdinbəyovun sədrliyi ilə baxılıb.
Hazırlıq iclası qapalı keçirilib və məhkəmə də Rauf Mirqədirov da iştirak edib. Vəkil Fuad Ağayev deyib ki, prosesdə həbs qətimkan tədbirinin ləğv edilməsi, yolverilməz sübutların cinayət işindən çıxarılması və yeni sübutların araşdırılması, apellyasiya məhkəməsi istintaqı dövründə azadlığa buraxılmasının mümükünlüyü barəxə vəsatət verib. Vəsatətlər təmin olunmayıb.
Hakim qeyd edib ki, məhkəmə baxışı zamanı ehtiyac olarsa, istintaq yenilənə bilər.
Məhkəmə baxışı martın 3-nə təyin edilib.
Qeyd edək ki, R.Mirqədirov 2014-cü il aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə jurnalist 6 il müddətinə azadlıqdan məhrum edilib. R.Mirqədirov həmin hökmdən apellyasiya şikayəti verib.