Milli Məclisin deputatı Ülvi Quliyevə ağır itki üz verib.

Unikal.org-un məlumatına görə, millət vəkilinin atası Zahid Quliyev bir az əvvəl dünyasını dəyişib.

Bir neçə gün əvvəl Neftçilər Xəstəxanasına yerləşdirilən mərhum elə həmin xəstəxanada vəfat edib. 79 yaşlı Zahid Quliyevin səhhəti bir neçə gün əvvəl qəfil pisləşmişdi.

Allah rəhmət eləsin!