Rusiyanın Afrika ölkələrinə satdığı silahların həcmi 21 milyard dollara qədər artıb.

Unikal.org Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Rosoboroneksportun rəhbəri Yuri Demçenko söyləyib.
 
Onun sözlərinə görə, Rusiya Şimali Afrika ölkələri ilə bərabər, Afrikanın cənubunda yerləşən ölkələrlə də əlaqələrini artırır.
 
Qeyd edək ki, Rusiya son bir neçə il ərzində özünün silah sənayesinin yenidən gücləndirilməsinə başlayıb. Hazırda rus silahlarının ən böyük idxalatçısı Hindistan hesab edilir.