Cəlilabad rayonunda dəhşətli hadisə baş verib.
Unikal.org "Qafqazinfoya istinadən əldə etdiyi məlumata görə, təxminən bir həftə öncə Rusiyadan Azərbaycana gələn gənc qız Cəlilabadda zorlanıb.
Belə ki, Rusiya Federasiyasının Omsk vilayətindən olan qadın bir tanışının xahişini yerinə yetirmək üçün Cəlilabad rayonunun Günəşli kəndinə gedib. Rusiyada yaşayan azərbaycanlı oğlan gül alaraq həmin xanıma verib və xahiş edib ki, Günəşli kəndinin qəbirsitanlığında olan atasının qəbrinin üstünə qoysun. Rusiyalı qadın bu xahişi yerinə yetirmək üçün Cəlilabada gedib. Alar kəndinə taksidən düşərək Günəşli kəndinə gedən maşına minib.
Sözügedən qızla eyni maşında Bakıdan gələn gənc oğlan yolda söhbət zamanı hadisəni bilib və kənddəki tanışlarına bu barədə məlumat verib. Rus qız qəbiristanlığa daxil olduqdan sonra həmin şəxslər ona hücum ediblər. Qızı döyərək uzun müddət zorlayıblar.
Faktla bağlı Cəlilabad rayon prokurorluğunda cinayət işi açılıb. Hadisədə şübhəli bilinən 3 nəfər saxlanılıb. Cəlilabad rayon prokurorluğu və Cəlilabad rayon polis şöbəsində faktı təsdiqləyiblər. Lakin ətraflı məlumat verilməyib.
Hadisə ilə bağlı Rusiya səfirliyi də məlumatlandırılıb. Zərərçəkən xanım səfirliyə şikayət edib.