İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Madani 1992-ci il fevralın 26-da baş vermiş Xocalı faciəsinin qurbanlarının xatirəsini yad edib.

Unikal.org-ın məlumatına görə, "Report" təşkilatın mətbuat xidmətinə istinadən xəbər verir ki, İƏT baş katibi Xocalıda baş verənlərin Azərbaycan ərazilərinin Ermənistan tərəfindən qanunsuz işğalı nəticəsində meydana gəldiyini bildirib. O, 2015-ci ilin mayında Küveytdə keçirilən İƏT-in Xarici İşlər Nazirləri Şurasının 42-ci sessiyasında Xocalı hadisələrini pisləyən qətnamə qəbul etdiklərini də xatırladıb.

Məlumatda qeyd edilir ki, İƏT-in Baş Katibliyi Azərbaycanın işğalı dayandırmaq və ərazi bütövlüyünü bərpa etmək üçün həyata keçirdiyi bütün təşəbbüs və səylərə dəstək verir və gələcəkdə də verəcək.