Əməkdar artist Röya Ayxan “V Element” verilişinin qonağı olub.
Unikal.org-ın məlumatına görə, müğənni verilişdə maraqlı məqamlara toxunub. İfaçı əvvələr Elnarə Xəlilova və Natavan Həbibinin onu “çuşka” adlandırdığını bildirib:
“Həmişə “W-trio” vaxtı qızlar mənə lağ edərdilər. İngilis dilini bilmirdim, deyirdilər “çuşka”san, sən pul qazanmaq üçün toyxanalarda oxuyacaqsan. O vaxtlar həmişə evə pul aparmağa çalışırdım. İndi onlar inciməsinlər, hər şey dəyişdi. Elnarənin, Natavanın geyimlərinə baxıram, deyirəm ay… İngilis dilini bilməklə deyil ki?”
Röya keçmiş W-trio-çuların siqarət çəkməyi barədə Vaqif Gərayzadəyə deyiblər:
“Bir dəfə qızlar siqaret çəkməyimi Vaqif Gərayzadəyə satdılar. O vaxtlar sevgilim də var idi… Kişi məni çox danladı. Məni satmalarına çox pis oldum. Guya mən siqaret çəkməklə Natavan və Elnarəyə ləkə gətirə bilərəm. Dedim ki, Vaqif müəllim, mən gedirəm. Ancaq bilin ki, stollarda oxuyub pul qazanmayacağam. Kiminsə pulu ilə məşhurlaşmayacağam. O da dedi ki, sübut et”. (“Qafqazinfo”)