Antaliyanın Aksu məhəlləsində, 30 yaşındakı Əli Atılgan, avtomobilini yeniləmək üçün pul istədiyi atası 75 yaşındakı Durmuş Atılgandan mənfi cavab aldığı üçün baltayla başına vuraraq öldürüb.

Unikal.org xəbər verir ki, hadisə, dünən saat 09.00 radələrində baş verib. Ali Atılgan, avtomobilini yeniləmək üçün atası Durmuş Atılgandan pul istəyib. Bu zaman oğul ilə atası arasında mübahisə yaranıb. 
Müzakirənin böyüməsi nəticəsində oğul cinayətə əl atıb. Əli Atılgan, evlərindəki baltayla atasına aid avtomobili parçalamaq istəyib. Buna maneə törətməyə çalışan atasına başına baltayla vurub.

Atılgan qan içində yerə yıxılarkən, qonşuları hadisədən xəbərdar olub. Bu zaman həkim biriqadası çağırılıb.

Həkimlərin səyinə baxmayaraq atanın həyatını xilas etmək olmayıb. 

30 yaşındakı Əli Atılgan atasını öldürdüyünə görə polis tərəfindən saxlanılıb, araşdırmaya başlayıb.