Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xarici vətəndaşlara qarşı quldurluq edən Bakı şəhər sakini 1996-cı il təvəllüdlü Namaz Bəkirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Unikal.org Lent.az-a istinadən verdiyi məlumata görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Dövlət ittihamçısı Namaz Bəkirovun 7 il 6 ay müddətə azadlıqdan məhrum edilməsini istəyib.
Namaz Bəkirov son sözündə atasının yanına getmək istədiyini bildirib. Qeyd edək ki, hazırda onun atası və nənəsi də dustaqlıq həyatı yaşayır.
Hökmə görə Namaz Bəkirov 6 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Bakıda keçirilən I Avropa Oyunları zamanı 17 yaşlı Namaz Bəkirov Bakıda əməliyyat komitəsinin əməkdaşları olan Avstraliya və Böyük Britaniya vətəndaşlarına qarşı quldurluq edib. O onların birindən 650 AZN , digərindən sə 150 AZN pullarını alıb.