İtaliyada 31 yaşlı qadın çılpaq görüntüləri internetdə yayıldığı üçün intihar edib.

Unikal.org-un xarici mətbuata istinadən məlumatına görə, qadının çılpaq görüntülərini internetə sızdıran sevgilisinin dostları olub.

Qadınla sevgili olduğunu göstərib onunla sevişdiyi anları lentə alan şəxs bununla kifayətlənməyib, həmin görüntüləri 3 dostuna da göndərib.Dostları isə görüntüləri internetdə yerləşdirib.

Bir milyondan çox şəxsin izlədiyi videolarda təhqirlərə məruz qalan qadın intihar edib.

Polisin apardığı araşdırma nəticəsində sözügedən şəxslər həbs olunub.