Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, idarənin "Qoşa Təpə gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən unikal.org-a bildirilib ki, yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) narkotik vasitələr - 2 bükümdə ümumi xalis çəkisi 89,5 qram olan heroin, 1 bükümdə isə xalis çəkisi 4,0 qram olan tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.