Bakıda oğurluq etmiş şəxslər tutulub. 
Unikal.org Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 16-da Xəzər rayonunun Buzovna qəsəbəsində yaşayan Natəvan Nağıyevanın evindən 4000 manat pul və 8000 manat dəyərində qızıl əşyalar oğurlanıb.

Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Rəvanə Dadaşova, əvvəllər məhkum olunmuşlar qardaşı Vüsal və bacısı Əfsanə tutulub.

Araşdırma aparılır.