"Qərbi Abşeron yatağındakı 20 saylı stasionar dəniz özülündən 23 nömrəli quyuda qazma işlərinə başlanılıb.
Unikal.org-un SOCAR-a istinadən verdiyi xəbərə görə, "Azneft İstehsalat Birliyi "Abşeronneft Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə "SOCAR AQŞ birgə müəssisəsi tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 860 metrdir.
Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 20 ton neft hasil olunacağı nəzərdə tutulur.