Bakının Xəzər rayonunda evlərdən oğurluq edən dəstə üzvləri saxlanılıb.
Bu barədə Xəzər Rayon Polis İdarəsindən (RPİ) məlumat verilib.
Məlumata görə, Binə qəsəbəsinin sakinləri Vüsal Məmmədli, Həmid Əliyev, Teyyub Məmmədli, Rəşad Əliyev və Orxan Əlizadədən ibarət dəstə Xəzər rayonunun müxtəlif qəsəbələrində 20-dən çox fərdi yaşayış evindən müxtəlif miqdarda qızıl-zinyət əşyalarını oğurlayıb.
Daxil olduqları evlərdən təkcə qızıl-zinyət əşyaları oğurlamaqla kifayətlənməyən dəstə üzvləri tamah məqsədilə laqunda, bel və digər ev üçün lazım olan əşyaları da oğurlayıblar.
Faktla bağlı Xəzər RPİ-də cinayət işi başlanıb. Dəstə üzvlərinin başqa cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.