Zəngin ərəb şahzadə və şeyxlərinin Azərbaycandakı ov macəralarının yeni görüntüləri yayılıb.
Unikal.org baku.ws-ə istinadən bildirir ki, Azərbaycanın rayonlarında ov edən şeyxlər nadir canlıları ovlamağa davam edirlər.
Yüzlərlə canlı ovlayan varlı ərəblər bu əyləncələrini sosial şəbəkələrdə paylaşaraq insanlara nümayiş etdiriblər. Videolardan görünür ki, ərəblər Azərbaycana hazırlıqlı gəliblər və bütün silah-sursatlarla təmin olunublar. Xüsusilə Qətər və Dubaydan ölkəmizə axın edən ərəblərin ova və Azərbaycana marağı həddən artıqdır.