Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
"Unikal"ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 2011-ci il təvəllüdlü N.Kazımovu vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov