Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə həyat yoldaşına xəsarət yetirməkdə təqsirləndirilərək həbs edilən Ramazan Dünyamalıyevin işi üzrə məhkəmə prosesi başlayıb.
Unikal.org-un məlumatına görə, anket məlumatları dəqiqləşdirilib və iş üzrə məhkəmə prosesi sentyabrın 29-a təyin edilib.
İttihama görə, Abşeron rayonu Xırdalan şəhərinin 28-ci məhəlləsində şəhər sakini Ramazan Dünyamalıyev münaqişə zəminində keçmiş arvadı 1988-ci il təvəllüdlü Şəbnəm Mürşüdovaya qayçı ilə xəsarət yetirib və hadisə yerini tərk edib.
Yaralı ailə üzlərinin çağırdığı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas edə biliblər.
R.Dünyamalıyev Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən tutulararaq istintaqa təhvil verilib. O Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə ittiham edilib.