Ukraynada daha bir azərbaycanlı biznesmen naməlum şəxslər tərəfindən oğurlanıb.
Unikal.org apa-ya istinadən xəbər verir ki,oğurlanan şəxs Kiyevdə yaşayan 38 yaşlı İlqaradlı iş adamıdır.
Azərbaycanlı iş adamını oğurlayan şəxslər onun sağ olduğunu bildirsələr də, hələlik azad olunması müqabilində heç bir tələb irəli sürməyiblər.
Qeyd edək ki, son 2 ildə Ukraynada 20-dən çox azərbaycanlı iş adamı və övladları naməlum şəxslər tərəfindən oğurlanıb. Bundan başqa azərbaycanlı iş adamlarına qarşı da sui-qəsd, obyektlərinin partladılması halları qeydə alınıb. Ukraynada yaşayan azərbaycanlılar sentyabrın 14-də Ukrayna Daxili İşlər Nazirliyi qarşısında etiraz aksiyası keçiriblər, onlar nazir Arsen Avakovdan məsələyə biganə qalmamağı tələb ediblər. Azərbaycan baş prokuroru Zakir Qaralov isə məsələ ilə bağlı ukraynalı həmkarı Yuri Lutsenkoya müraciət edib.